Niyə dərslərin açılmasına az qalmış təmir işlərinə başlayırıq? - Vətəndaşlar ölümlə üz-üzə qalır - FOTO

Niyə dərslərin açılmasına az qalmış təmir işlərinə başlayırıq? - Vətəndaşlar ölümlə üz-üzə qalır - FOTO
Foto
Hadisə 175

Bakıda mərkəzi küçələrdəki piyada səkilərində təmir işlərinin aparılması vətəndaşlar üçün təhlükəli vəziyyət yaradıb.

BAKU.WS xəbər verir ki, söhbət 28 may metro stansiyasının ətrafında yerləşən küçələrdən gedir.

Belə ki, dərslərin başlamasına bir neçə gün qalmış piyada səkilərinin sökülərək yenisi ilə əvəzlənməsi sakinlərə problem yaradıb. Nəticədə piyada səkiləri ilə hərəkət edə bilməyən vətəndaşlar məcburən maşınların hərəkət etdiyi yola daxil olurlar.

Bu vəziyyət piyadalar və sürücülər üçün müəyyən çətinliklər yaradıb. Sürücülər maşın yolunda piyadaların hərəkət etməsinə görə həm təhlükəli vəziyyətlə, həm də tıxacların yaranması ilə qarşılaşırlar. Piyadalar isə həyatlarını təhlükəyə ataraq maşın yolu ilə getməyə məcbur qalırlar.

Mövcud vəziyyət Azərbaycanda tədris ilinin başlaması ilə daha da acınacaqlı olacaq. Belə ki, maşın yolu ilə hərəkət edənlər arasında məktəblilərin də olduğunu nəzərə alsaq, azyaşlılar üçün həyəcan təbili çalmaq olar. Bu məsələdə ən maraqlı sual odur ki, bu qədər müddət fəaliyyətsiz olan qurumlar nə üçün məhz belə bir həssas durumda tikinti və ya yenidənqurma işlərinə başlayırlar. Olmazdı ki, təmir işlərini bir ay öncə başlayaraq şəhərdə hərəkətin az olduğu müddətdə yekunlaşardı? Belə olan təqdirdə həm sürücülər, həm də piyadalar rahat və sərbəst hərəkət edərək təhlükə risklərini minimuma endirmiş olacaqdılar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər