“İnfiniti”ni aşıran sürücü 100 gün sonra öldü...
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə ay əvvəl Qaxda ağır yol qəzası törədən sürücü xəstəxanada vəfat edib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, ötən il sentyabrın 17-də saat 23 radələrində 1989-cu il təvəllüdlü Kamalov Kamal Əlyar oğlu idarəetmə hüququ olmadan sərxoş halda sürdüyü “İnfiniti” markalı avtomobili aşırıb.
Həmin vaxt avtomobili Qax rayonu, Güllük kəndi ərazisindən Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq yolun kənarında olan fındıq ağaclarına dəyib. Avtomobilin aşması nəticəsində sərnişin Mustafayev Elsevər Niyazi oğlu yüngül xəsarət alıb, K.Kamalovun özü isə həmin vaxt xəstəxanaya yerləşdirilib. Lakin 100 gündən artıq davam edən müalicəyə baxmayaraq o, yanvarın 4-də xəstəxanada ölüb.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...