Nəsimidə gecə saatlarında sakinlərin rahatlığını pozanlar CƏZALANDIRILDILAR
Bakının Nəsimi rayonunda gecə saatlarında vətəndaşların rahatlığını pozan və yol hərəkəti qaydalarına əməl etməyən nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən "Əcəmi dairəsi" və digər ərazilərdə keçirilən tədbirlərlə avtoxuliqanlıq, həmçinin konstruksiya dəyişikliyinə yol verən, eləcə də sərxoş halda avtomobil idarə edən 9 sürücü müəyyən olunub. Avtomobilləri duracağa yerləşdirilən sürücülər barəsində qanunvericiliyin tələbinə uyğun məsuliyyət tədbirləri görülüb.
Bununla yanaşı, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyən, tullantıları urnalardan kənara atan, küçə ticarəti ilə məşğul olan, xırda xuliqanlıq və digər hüquqpozmalara yol verən şəxslər də müəyyən olunublar.
Həyata keçirilən profilaktik tədbirlərin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsidir.
Vətəndaşları narahat edən bu kimi halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ
Bakıda qadın evinin qarşısında döyülüb. BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, 44 yaşlı İbrahim Əhmə...