Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakı-Sumqayıt yolunda yük maşınları bir-birinə dəyib
Bakı-Sumqayıt yolunda yük maşınlarının iştirakı ilə yol qəzası baş verib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə yolun...