Nərimanovda sahibsiz itlər QORXU SAÇDI - Sakinlər küçəyə çıxa bilmirlər
Paytaxtda sahibsiz itlər təhlükə yaradıb.
Məsələ ilə bağlı BAKU.WS-in "Qaynar xətti"nə müraciət ediblər.
Şikayətdə bildirilib ki, küçədə uzun müddətdir 10-15-ə yaxın sahibsiz və aqressiv itin məskunlaşması sakinlərin ciddi narahatlığına səbəb olur. Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin qaynar xəttinə, eləcə də Nərimanov Rayon İcra Hakimiyyətinə həm şifahi, həm də yazılı müraciətlər edilsə də, problem hələ də həll olunmayıb.
Sakinlər qeyd ediblər ki, hazırda ərazidə yaşayan uşaqların, yaşlı insanların və digər vətəndaşların təhlükəsizliyi risk altındadır.
Vətəndaşlar aidiyyəti qurumların məsələ ilə bağlı təcili tədbir görməsini istəyirlər.
Oxşar xəbərlər
Qazaxda evdə partlayış olub, xəsarət alan var
Qazaxda fərdi yaşayış evində partlayış olub. BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, hadisə evin hamam otağında qeydə alınıb. Hadisədə xəsarət alan 1953-cü...