Nərimanovda ƏMƏLİYYAT: 42 yaşlı keçmiş məhkum ƏLƏ KEÇDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanov rayonunda doqquz kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Samir Mirzəyev saxlanılıb.
S.Mirzəyevin sərnişin kimi istifadə etdiyi avtomobildən ona məxsus 5 kiloqram marixuana, 4 kiloqramdan artıq tiryək, həşiş və heroin, eləcə də 1 112 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
S.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....