Nərə balıqlarını satan şəxs cəzalandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Siyəzən şəhərində fəaliyyət göstərən balıq bazarında keçirilən nəzarət tədbirləri zamanı nərə balıqlarının satılması faktı aşkar olunub.
Bunu BAKU.WS-ə Xidmət rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, ovlanması qanunla qadağan olunmuş nərə balıqlarını satan şəhər sakini Kənan Əskərov barəsində akt tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
H.Əlizadənin sözlərinə görə, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.
Oxşar xəbərlər
Şabranda nərə balığını satan şəxs cəzalandırılıb
Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ara...