"Neftçilər"də yanğın olub

Neftçilərdə yanğın olub
Video
Hadisə 317

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunun ərazisində, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***15:23
Bakının Nizami rayonunda yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə sorğu ünvalanıb. Məlumat veriləcəyi halda xəbər yenilənəcək.

Sözügedən görüntüləri təqdim edirik:

Son xəbərlər