“Neftçi”nin veteran futbolçusu mənzilində ölü tapıldı - FOTO
03
sen
2020
20:15
Gəncənin "Kəpəz" və Bakının "Neftçi" klubunun veteran futbolçusu Arzu Mirzəyev bu gün qəfildən dünyasını dəyişib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, 58 yaşlı sabiq yarımmüdafiəçi yaşadığı evdə anidən halı pisləşərək dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Arzu Mirzəyev 1980-ci illərin əvvəllərinə kimi "Kəpəz" Futbol Klubunda, 1990-cı illərin əvvəllərində isə Bakının "Neftçi" komandasında çıxış edib. Son illərdə isə Gəncənin Təhsil İdman Mərkəzində məşqçi işləyib. Mərhum sabah torpağa tapşırılacaq.
Qalereya
Oxşar xəbərlər
Veteran futbolçunun ölümünün təfərrüatı məlum oldu
"Arzu müəllim kirayədə tək yaşayırdı. Dünən axşam evə gəlib yatıb. Səhər açılanda ev sahibi nə qədər səsləsə də, cavab verməyib". BAKU.WS xəbər verir ki, bu fik...