Neftçalada bazarda baş verən yanğın söndürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçala şəhərində bazarda baş verən yanğın söndürülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bazarın 100 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb.
Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
***22:35
Neftçala şəhərində bazar yanır.
BAKU.WS report-a istinadən xəbər verir ki, yanğın rayon mərkəzindəki köhnə bazarda qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Neftçala Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...