Neftçalada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Neftçalada yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Hadisə 111

Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1 qadın, 2 kişi) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Salyan Rayon Mərkəzi Xəstəxanasının məlumatında deyilir.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 2 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

"Mercedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb. Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər