Neftçalada ağır qəza - Ölən və yaralananlar var
Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub.
BAKU.WS trend.az-a istinadən xəbər verir ki, qəza dünən səhər saatlarında, Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi "Changan" markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub.
Hadisə nəticəsində A. Mirzəyev həlak olub.
Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə ata, ana və nənə 13 yaşlı qızdan imtina edib
Nənəsi tərəfindən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına təhvil verilən 2013-cü il təvəllüdlü F.Səfərova hazırda tibbi müayinədən keçirilir. BAKU.WS...