Nazirlikdən aparat rəhbəri ilə bağlı açıqlama: “Üçünün də vəziyyəti ağırdır”
Səhiyyə Nazirliyi "Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfüq Qurbanovun ailə faciəsinə aydınlıq gətirib.
Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzNews.az-a açıqlamasında bildirib ki, hazırda M.Qurbanovun ailə üzvləri 5 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir: "Üçünün də vəziyyəti ağırdır. Hər üçü reanimasiya şöbəsindədir”.
Qeyd edək ki, bu gün səhər saatlarında "Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış hadisəsi olub. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb, digər üzvləri isə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Vəzifəli şəxsin evində baş vermiş dəhşətli hadisə barədə YENİ FAKTLAR
Bu gecə Abşeron rayon Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən yaşayış evində baş vermiş partlayışla bağlı araşdırma aparılır. Lent.az-ın hadisə yerində ol...