Nazirlikdən əməliyyat: Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.
Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir
Oxşar xəbərlər
Bakıda pirotexniki vasitələrin sosial şəbəkələrdə onlayn satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO/VİDEO
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin paytaxt ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər...