Nazir müavini: Ermənilər işğal dövründə 54 min hektar meşə sahəsini məhv edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər işğal dövründə 54 min hektar meşə sahəsini məhv edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri,Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, işğaldan sonra aparılan monitorinqlər zamanı müəyyən olunub ki, işğal zamanı 54 min hektar meşə sahəsi məhv edilib.
İşğaldan sonra 300 hektar ərazidə bərpa işləri aparılıb. Hazırda 240 hektar ərazidə bərpa işləri gedir.
Qeyd edilib ki, ərazilərin böyük hissəsi minalarla çirkləndirildiyi üçün bərpa işlərini sürətlə aparmaq mümkün olmur.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...