Nazir müavini Azərbaycanda zərərsizləşdirilən kriminal qruplardan danışdı

Bu ilin 6 ayı ərazində Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrup zərərsizləşdirilib.
BAKU.WS Trend-ə istinadən bildirir ki, Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
O bildirib ki, hesabat dövründə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfər cinayət məsuliyyətinə cəlb edilib: "Ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitki aşkarlanıb məhv edilib".
Oxşar xəbərlər
Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?
Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu, 1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Ci...
