Naxçıvana keçən erməni ölkəsinə qaytarıldı

Naxçıvana keçən erməni ölkəsinə qaytarıldı
Hadisə 1013
 

Avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.

Bu barədə BAKU.WS Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadən xəbər verir.

Məlumata görə, 7 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan kəndində Ermənistan vətəndaşı tutuldu

Azərbaycan kəndində Ermənistan vətəndaşı tutuldu

Dünən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Ermənistan vətəndaşı saxlanılıb. Bu barədə BAKU.WS-ə Sədərək kənd sakinləri məlumat veriblər. Məlumata...

2170 Hadisə 11:48 09 avqust 2016

Son xəbərlər