Naxçıvandakı ağır qəzada ölənlərin sayı 2-yə çatıb
Mayın 23-də Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərdən daha biri xəstəxanada vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Çeşməbasar kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ağır xəsarətlər alan 2002-ci il təvəllüdlü Vəliyev Şahin Elxan oğlu müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.
Qeyd edək ki, qəzadan üç gün sonra hadisə zamanı xəsarət alan digər şəxs – 22 yaşlı Əlizadə Nail İlham oğlu da xəstəxanada vəfat etmişdi. Beləliklə, sözügedən yol qəzasında həyatını itirənlərin sayı 2-yə çatıb.
Hazırda xəsarət alan daha 4 nəfərin müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
Bakının Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb. Bu barədə BAKU.WS Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlə...