Naxçıvanda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakin təxliyəsi həyata keçirilib.
Mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...