Naxçıvanda toy karvanında qaydaları pozan sürücülər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan şəxslər saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Chevrolet" markalı avtomobilin sürücüsü Daşqın Həsənov, "Jaguar" markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, "Renault" markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və "Kia" markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.
Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...