Naxçıvanda qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə 33

Şərur rayonunda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə Şərur Rayon Prokurorluğundan bildiriblər

Qeyd olunub ki, iyulun 13-də Şərur rayon sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı, Şərur rayonunun Yuxarı Havuş kənd sakini, 1992-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimovun rayonun Aşağı Daşarx kəndində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü Cabir İbrahim oğlu İbrahimov tərəfindən torpaq sahəsi üzərində yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Oxşar xəbərlər

Xaçmazda tövlə və minə yaxın ot bağlaması yanıb

Xaçmazda tövlə və minə yaxın ot bağlaması yanıb

İyulun 13-ü günorta saatlarında Xaçmazda yanğın hadisəsi qeydə alınıb. BAKU.WS xəbər verir ki, rayonun Çarxı kəndində Fərziyev Rüstəmə məxsus həyətdə tövlə və m...

22 Hadisə 21:10 13 iyul 2025

Son xəbərlər