Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan "Saipa Tiba" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
Nəqliyyat vasitəsini idarə edən Arzu Səfərovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, A.Səfərovun narkotik vasitə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Mədəkiçiltmə əməliyyatı faciəyə səbəb oldu
Ötən gün tanınmış oftalmoloq Aytən Sultanovanın vəziyyəti qəfil pisləşib. Məlumata görə, o, mədəkiçiltmə əməliyyatından sonra qəbul etdiyi güclü ağrıkəsicilər v...
