Naxçıvanda meyiti tapılan ər-arvadın ölüm səbəbi məlum olub
Naxçıvanda meyiti tapılan ər-arvadın ölüm səbəbi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızı yaşadıqları fərdi yaşayış evində su qızdırıcıdan dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
*** 00:54
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yarımca kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yunis oğlu və onun 1992-ci il təvəllüdlü həyat yoldaşı Hüseynova Gülnarə Xalıqverdi qızının meyiti yaşadıqları evdən tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xırdalanda binanın səkkizinci mərtəbəsindən yıxılaraq beşinci mərtəbədə asılı qalan qadın xilas edilib
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş xilas edilib. Oxu.Az xəbər verir...