Naxçıvanda məktəb yaxınlığına dron düşüb, məktəblərdə tədris dayandırılıb - ANBAAN VİDEO
"İranın dronla Naxçıvanı vurması nəticəsində məktəblərə hər hansı ziyan dəyməyib".
BAKU.WS xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov bildirib.
O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir: "Hava limanı yaxınlığında yerləşən Şəkərəbad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə, bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb".
***12:39
Naxçıvan MR Babək rayonunun Şəkərabad kəndində yerləşən orta məktəb yaxınlığına dron düşüb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin məlumatına görə, İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.
Oxşar xəbərlər
Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları
İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də Babək rayon Şəkərabad kənd tam orta məktəbinə dron hücumu həyata keçirilib. BAKU.WS AZƏRTAC-a isti...