Naxçıvanda istirahət mərkəzində BƏDBƏXT HADİSƏ: Ölənlər və yaralananlar var
Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisədən sonra xəstəxanaya gedərkən qəzaya düşərək xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaralılarda ciddi xəsarət olmayıb.
Həmçinin əlavə olunub ki, vəziyyəti qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***07:58
Naxçıvanda bədbəxt hadisə baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.
İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb. Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ucarda vəzifəli şəxs ürəktutmadan öldü
Ucarda icra nümayəndəsi vəfat edib. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Ucar Rayon İcra Hakimiyyəti Başçısının Xələc kənd İnzibati Ərazi Dairəsi üzrə nü...