Naxçıvanda işə düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda bir neçə vətəndaşa qarşı dələduzluq edən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Babək rayon sakini Babayev Məmmədbağır müəyyən olunaraq tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.
M.Babayevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə "102" Zəng Mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) telefon nömrələrinə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...