Naxçıvanda insanları Bakıdan avtomobil gətirmək vədi ilə aldadan şəxs SAXLANILDI
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58 500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub
Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda müəllim həbs edildi
Mingəçevirdə orta məktəb müəllimi həbs edilib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Mingəçevir şəhər 11 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Ra...