Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, avtoqəza Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Maple" və "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə Babək rayonunun Didivar kəndinin sakinləri - 1973-cü il təvəllüdlü Ziyafət Əsgər oğlu Məmmədov və onun oğlu, 1998-ci il təvəllüdlü Əsgər Ziyafət oğlu Məmmədov, eyni zamanda, Sara Səfərəli qızı Paşayeva və Faiq Qulam oğlu Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....