Naxçıvanda gəlin maşını qəzaya uğrayıb, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bir nəfər ölüb, toyu olacaq bəy xəsarət alıb.
APA-nın məlumatına görə, qəza zamanı 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil ilə 74-BC-207 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində vəfat edib.
Avtomobildə olan sərnişin, Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb.
Digər avtomobilin sürücüsü, toyu olacaq şəxs Fərid Emin oğlu Rəsulov və avtomobildə olan sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...