Naxçıvanda avtomobillə avtobus toqquşub, üç qadın xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində minik avtomobili ilə avtobusun toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin Xətai məhəlləsində baş verən qəzada "KIA" markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrut avtobusu toqquşub.
Qəza zamanı Naxçıvan şəhər sakinləri - 1987-ci il təvəllüdlü Təhminə Qəhraman qızı Abdullayeva, 1987-ci il təvəllüdlü lamiyə Rüfət qızı Qafarova və 1981-ci il təvəllüdlü Vəfa Hüseyn qızı Vəliyeva xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...