Naxçıvanda avtobus yanıb
Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın istismardan çıxarılan avtobusda başlayıb və alov yaxınlıqda dayanmış digər avtobusa da keçib.
Yanğın nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda blokdan 650 manatlıq velosiped oğurlayan şəxs saxlanıldı
Bakının Xətai rayonunda velosiped oğurlayan şəxs saxlanılıb. BAKU.WS xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətmə...