Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib
Hadisə 89

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yanvarın 28-də Babək rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb

Füzuli sakini yanğında tüstüdən zəhərlənərək ölüb

Füzuli sakini yanğın zamanı tüstüdən zəhərlənib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə mayın 5-də baş verib. Yanğın zamanı tüstüdən zəhərlənmiş Vaqif...

10 Hadisə 11:51 07 may 2026

Son xəbərlər