Naxçıvan şəhərində hərbi sursatlar aşkar edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatlar aşkarlanıb.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 6 ədəd 88 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik top mərmisi və 1 ədəd 60 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...