Naxçıvanın Babək rayonunda maşın qaz borularını aşaraq ağaca çırpılıb

Naxçıvanın Babək rayonunda maşın qaz borularını aşaraq ağaca çırpılıb
Hadisə 91

Babək rayon ərazisində avtomobil qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Cəhri-Payız avtomobil yolunun Payız kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 67-BB-434 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı minik avtomobili 67-BB-947 nömrə nişanlı “Ford” markalı minik avtomobilini ötmək istəyərkən qəza baş verib. Nəticədə, yoldan çıxan “NAZ-Lifan” markalı minik avtomobili qaz borularını da keçərək ağaca çırpılıb.

Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər