Naxçıvanda toy keçirilən restoranda yanğın olub, qonaqlar təxliyə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda toy keçirilən restoranda yanğın olub.
"Report"un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.
Oxşar xəbərlər
Sumqayıtda şadlıq sarayındakı yanğın söndürüldü - FOTO/VİDEO - YENİLƏNİB
Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən s...