Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərlənib
03
yan
2024
18:08
Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bayram günlərində 8 zəhərlənmə halının qeydə alındığı bildirilib.Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.
Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.
Hazırda hamısının vəziyyəti normaldır.
Oxşar xəbərlər
Naxçıvanda 5 nəfər dəm qazından zəhərlənib
Naxçıvanda dəm qazından zəhərlənmə halları qeydə alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şərur rayon Danyeri kənd sakinləri Tahirə Cəfərova və Nisə Cəfər...