Naxçıvanda atmosferi çirkləndirən avtomobillərə qarşı reyd keçirilib - FOTO

Naxçıvanda atmosferi çirkləndirən avtomobillərə qarşı reyd keçirilib - FOTO
Foto
Hadisə 1

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Naxçıvan DİN-in mətbuat xidmətinin yaydığı məlumata əsasən, reydlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.

Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobillərin sürücüləri ilə qanuna müvafiq tədbirlər görülməklə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalarının vacibliyi barədə tövsiyələr verilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda 78 sürücü barəsində protokol tərtib edilib

Sumqayıtda 78 sürücü barəsində protokol tərtib edilib

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində şəhər ərazisində maarifləndirici-profilaktik...

58 Hadisə 14:08 23 avqust 2022

Son xəbərlər