Naxçıvan DİN-dən ƏMƏLİYYAT: Saxta dollar gətirən dəstə ƏLƏ KEÇDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən dəstə zərərsizləşdirilib.
Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib.Dəstənin digər üzvlərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Ata Abdullayev bu kriminal dəstənin üzvü olub – 100 min manatlıq qarət...
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri s...