Naxçıvan-Bakı avtobusunda şirniyyat qutusundan 6 kq narkotik aşkar edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Naxçıvan-Bakı marşrutu üzrə hərəkət edən avtobusun sərnişininə məxsus çantadan 6 388 qram çəkisində narkotik vasitələr aşkarlanıb.
BAKU.WS-in DGK-ya istinadən verdiyi məlumata görə, çantadakı şirniyyat və yuyucu vasitələr qutusunda xalis çəkiləri 2 060 qram olan psixotrop maddə - metamfetamin və 4 328 qram narkotik vasitə - heroin aşkarlanıb.
Daha sonra əməliyyat tədbirləri davam etdirilib, həmin narkotik vasitələri təhvil alan iki şəxs saxlanılıb və idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman avtomobildən xalis çəkiləri 1,640 qram olan qurudulmuş marixuana və 1,82 qram tiryək, eyni zamanda, bu narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulduğu ehtimal edilən 2 ədəd metal boru aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...