Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs ələ keçdi
16
yan
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.
Tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı Fariz Bağırov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Bağırov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü
Qazaxda yük avtomobilinin sürücüsü infarkt keçirərək vəfat edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Be...