Narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Hadisə 28

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb.

Onlardan narkotik vasitə olan heroin aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər