Narkotikin təsiri altında “KamAZ” sürən şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
BAKU.WS xəbər verir ki, idarədən "report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib.
O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb - VİDEO/FOTO
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşl...