Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Fərid Mustafayevə "saxla" işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, araşdırma zamanı onun narkotik vasitə olan marixuanının təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.
F.Mustafayev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...