Narkotikin təsiri altında avtobus sürən şəxs HƏBS OLUNDU
Sumqayıtda narkotik vasitənin təsiri altında sərnişin avtobusu idarə edən sürücü həbs olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 123 saylı marşrut xətti üzrə hərəkət edən 50-AF-276 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən sürücü Şahin İbrahimovun narkotik maddə qəbul etdiyi barədə şübhə yarandığından o saxlanılaraq tibbi müayinəyə aparılıb.
Müayinə zamanı Ş.İbrahimovun narkotik maddə qəbul etdiyi müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ş.İbrahimov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirildi - 14 yaşlı oğlan SAXLANILDI
Bu gün saat 22 radələrində Bakının Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. BAKU.WS xəbər v...