Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa olundu
Video
Hadisə 177

Sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Masallı rayonu ərazisində yerləşən stasionar postunda Elvin Əsədullayevin idarə etdiyi VAZ markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Əsadullayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Yasamalda yanğın səbəbilə KTM-ə hospitalizasiya olunanların VƏZİYYƏTİ

Yasamalda yanğın səbəbilə KTM-ə hospitalizasiya olunanların VƏZİYYƏTİ

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toks...

124 Hadisə 21:00 23 noyabr 2025

Son xəbərlər