Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
BAKU.WS xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
Bildirilib ki, Masallı rayon sakini Ceyhun Ağayevin idarə etdiyi "Hyundai" markalı avtomobil Ələt-Astara yolu üzərində yerləşən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Ceyhun Ağayevin narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
BDYPİ bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edib və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirib.
Oxşar xəbərlər
"Qumar kralı" şəkili Yusifin "sağ əli" HƏBS EDİLDİ
Kazino kralı kimi tanınan şəkili Yusifin "sağ əli" həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, kazino kralının yardımçısı, "Əhmədli Pərviz" kimi tan...
