Narkotik maddənin təsiri ilə avtomobil idarə edən sürücü saxlanıldı
Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “VAZ-21154” markalı nəqliyyat vasitəsinin sürücüsü Nicat Hüseynli yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.
N.Hüseynlinin barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.
Oxşar xəbərlər
Narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanıldı
Qobustan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotikin təsiri altında avtomob...