Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub
21
iyl
2026
13:15
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə Regional Qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Sumqayıtın mərkəzində ağır yol qəzası olub
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, hə...