Narazılıq yaradan tikili: "Xanım, pulunu vermişik!"
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Masazır kəndi, Niyazi küçəsində sakinlər çoxmərtəbəli binanın tikintisindən narazıdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar bildiriblər ki, ərazidə əvvəlcə üçmərtəbəli bina inşa ediləcəyi deyilsə də, tikilinin mərtəbələrinin sayı sonradan artırılıb.
Sakinlərin sözlərinə görə, hazırda binanın altı mərtəbəsi inşa olunub. Onlar tikilinin həyət evlərinə çox yaxın olmasından narahatdırlar.
Şikayətçilər, həmçinin ərazidə yolun dağıldığını, kanalizasiya xəttinin zədələndiyini və əvvəllər ərazidə olan ağacların kəsildiyini iddia edirlər.
Baku TV məsələ ilə bağlı tikinti aparan şirkətin mövqeyini öyrənməyə çalışıb.
Özünü təqdim etməyən əməkdaş telefon əlaqəsi zamanı tikintinin hansı şirkətə aid olduğu barədə məlumat verməyib. O, tikintiyə icazə verən sənədlərin olub-olmaması barədə sualı da cavabsız qoyub.
Həmin şəxs daha sonra şikayətçilərlə danışıldığını və onlara təzminat ödəniləcəyini bildirib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...