Nabranda polis rəisi güllələnib? - RƏSMİ AÇIQLAMA

Bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində guya hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda xəbər yayıblar.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. "Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir”-mətbuat xidməti bildirib.
Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.
Bu arada yaralandığı haqda şaiyə yayılan polis rəisinin özü də redaksiyamıza zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. "Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır”-polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Daha bir rayonun polis rəisi işdən çıxarılıb
Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov v...
